“Valyadolid”in müdafiəçisi Cuma Ba karyerasını İngiltərə nəhəngində davam etdirə bilər.
90plus.az xəbər verir ki, Syerra Leonedən olan 18 yaşlı futbolçunun xidmətində "Mançester Siti" maraqlıdır. Mənbə "şəhərlilər"in Banı qarşıdakı qış transfer pəncərəsində sıralarına cəlb etməyi hədəflədiyini bildirib.
Cari mövsümdən “Valyadolid”in əsas komandasına çıxış edən afrikalı oyunçunu digər İngiltərə klublarının - "Kristal Pelas", "Everton" və "Nyukasl"ın da istədiyi diqqətə çatdırılıb.
© Copyright 2025, All Rights Reserved