“Man Yunayted” azarkeşinin saçını kəsdirməsinə az qaldı…
“Mançester Yunayted” azarkeşi Frank Aylett 5 oyun ardıcıl qələbə qazanana qədər saçlarını kəsməyəcəyini açıqlamışdı. İndi o, “xoşbəxt son”a çox yaxındır.
90plus.az xəbər verir ki, "Qırmızı Şeytanlar" artıq 3 oyundur ki, qalib gəlirlər, qalıb ikisi:
✅ “Sanderlend” – 2:0
✅ “Liverpul” – 2:1
✅ “Brayton” – 4:2
⏳ “Nottingem Forest”
⏳ “Tottenhem”
Qeyd: Oksforddan olan, lakin hazırda İspaniyada yaşayan Aylett 2024-cü il oktyabrın 5-də “Yunayted” ardıcıl beş qələbə qazanmayınca saçını kəsməyəcəyinə söz verdikdən sonra internetdə viral fenomenə çevrilib.
29 yaşlı azarkeş bu qərarı ilə hələ də böyük diqqət çəkir. O, BBC-yə açıqlamasında deyib:
“Bu, tamamilə çılğın bir səyahət olub. Saçlarımın və izləyici kütləmın bu qədər böyüyəcəyini əsla gözləmirdim.”
© Copyright 2025, All Rights Reserved