"Man Yunayted" bataqlıqda… Azarkeşlərə üz tutur

“Mançester Yunayted” rəhbərliyi azarkeşlərinə açıq məktubla müraciət edərək klubun ciddi maliyyə çətinlikləri ilə üzləşdiyini açıqlayıb.
90plus.az xəbər verir ki, "qırmızı şeytanlar" bilet qiymətlərinin artırılması ehtimalı barədə də xəbərdarlıq ediblər. Açıqlamada deyilir:
"Əgər indidən tədbir görməsək, maliyyə ədalətli oyun qaydalarına əməl edə bilməyəcəyik. Mövcud vəziyyət kritikdir. Son 3 ildə 300 milyon funt sterlinqdən çox itki ilə üzləşmişik. Bu vəziyyət davam edə bilməz. Kəsiri tamamilə azarkeşlərin üzərinə yükləmək istəmirik, lakin biletlərin qiymətlərinin artırılması ehtimalını nəzərdən keçiririk."
Həmçinin məlumatda klubun müxtəlif sektorlardakı işçilərinin maaşlarının azaldılması və bilet qiymətlərinin daha da artırılmasının mümkün olduğu qeyd edilib. Halbuki yaxın zamanda bilet qiymətləri artıq artırılmışdı.
Qeyd: "Mançester Yunayted” hazırda İngiltərə Premyer Liqasının 22 turundan sonra 26 xal toplayaraq turnir cədvəlində 13-cü yerdə qərarlaşıb.
© Copyright 2025, All Rights Reserved