“Man Yunayted” Federiko Valverdeni rəsmən istəməyə hazırlaşır
“Mançester Yunayted” Federiko Valverde üçün rəsmi addıma hazırlaşır.
90plus.az xəbər verir ki, “Mançester Yunayted” uruqvaylı yarımmüdafiəçi Federiko Valverdeni transfer etmək üçün hərəkətə keçib. İngilis nəhəngi “Real Madrid”ə təxminən 80 milyon avro dəyərində təklif hazırlayır.
Mirror Footballın məlumatına görə, “qırmızı şeytanlar” Valverdenin son vaxtlar “Real Madrid”in baş məşqçisi Xabi Alonso ilə yaşadığı anlaşmazlıq fonundan yararlanmaq niyyətindədir. Klub rəhbərliyi hesab edir ki, bu vəziyyət transfer üçün fürsət yarada bilər.
Valverde hazırda “Real Madrid”in əsas fiqurlarından biri olsa da, onun gələcəyi ilə bağlı iddialar yenidən gündəmə gəlib. “Mançester Yunayted” isə yarımmüdafiəni gücləndirmək üçün məhz Valverdeni prioritet hədəf kimi görür.
Transfer danışıqlarının yaxın günlərdə intensivləşəcəyi gözlənilir.
© Copyright 2025, All Rights Reserved