"Man Yunayted" gənc futbolçunu qaytarmayacaq, o "Real"a gedəcək

Mövsümün əvvəlində "Mançester Yunayted"in 6 milyon avroya "Benfika"ya transfer etdiyi Alvaro Karreras üçün 18 milyon avroluq geri alma maddəsinin işlədilməyəcəyi bildirilib.
90plus.az xəbər verir ki, İspaniya nəhəngi "Real Madrid" 22 yaşlı müdafiəçini heyətinə qatmaq üçün "Benfika" ilə danışıqlar aparır və artıq razılaşma mərhələsinə gəlinib. Artıq "Bornmut"dan Din Höysen transferini reallaşdıran "Real Madrid" ikinci transferini də yekunlaşdırmağa yaxındır.
Tanınmış jurnalist Fabrizio Romanonun məlumatına görə, "Real Madrid" Karrerasla şəxsi razılıq əldə edib və klub səviyyəsində də danışıqlar müsbət istiqamətdə davam edir.
Karreras bu mövsüm "Benfika"nın heyətində 50 oyunda iştirak edib və 4 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2025, All Rights Reserved