Niderlandlı mütəxəssis Erik ten Haqı istefaya göndərərək "Sportinq"in baş məşqçisi Ruben Amorimi baş məşqçi postuna gətirən "Mançester Yunayted" rəhbərliyi heyəti gücləndirmək yönündə ciddi addımlar atmağı hədəfləyir.
90plus.az xəbər verir ki, İngiltərə nəhəngi "Real Madrid"in iki futbolçusunu - dayaq yarımmüdafiəçisi Eduardo Kamavinqa və vinger Rodriqo Qoesi gözaltı edib.
"Qırmızı şeytanlar"ın rəhbərliyinin sözügedən oyunçuların heyətə qatılması yönündə bir neçə variantı nəzərdən keçirdiyi vurğulanıb.
Cari mövsüm Rodriqo 13 oyunda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıbsa, 5 matçda iştirak edən Kamavinqa isə 1 qol ötürməsi verib.
Amorim noyabrın 11-dən MY-nin çalışdırıcısı qismində fəaliyyətə başlayacaq.
© Copyright 2024, All Rights Reserved