“Man Yunayted” Meynu və Maquayrı əldən verməyəcək
“Mançester Yunayted” Meynu və Maquayrla yeni müqaviləyə yaxındır.
90plus.az xəbər verir ki, “Mançester Yunayted” klubu Kobbi Meynu və Harri Maquayr ilə yeni müqavilə imzalamağa yaxındır.
İngiltərə mətbuatının yaydığı məlumata görə, gənc yarımmüdafiəçi Kobbi Meynu ilə uzunmüddətli müqavilə hazırlanır. Yeni müqaviləyə əsasən, futbolçu ilə sözləşmə 2031-ci ilə qədər uzadılacaq və onun maaşı da artırılacaq.
Klub rəhbərliyi əsas heyətin vacib üzvlərindən birinə çevrilən Meynunu komandanın gələcək layihəsinin əsas hissəsi hesab edir və bu səbəbdən onunla uzunmüddətli müqavilə imzalamaq istəyir.
Digər tərəfdən, müdafiəçi Harri Maquayr ilə də danışıqlar davam edir. Ona 1+1 illik müqavilə təklif olunub. Tərəflər arasında müzakirələr müsbət istiqamətdə davam edir və yaxın vaxtlarda razılıq əldə oluna bilər.
© Copyright 2026, All Rights Reserved