“Man Yunayted” müdafiəçisini göndərir
“Mançester Yunayted” Dioqu Dalotun satışını nəzərdən keçirir.
90plus.az xəbər verir ki, “Mançester Yunayted” portuqaliyalı müdafiəçi Dioqu Dalotla bağlı vacib qərar verməyə hazırlaşır. İngiltərə klubunun futbolçunun mümkün satışı variantını dəyərləndirdiyi bildirilir.
Məlumata görə, “Real Madrid”in Dalota marağı bu prosesi sürətləndirən əsas amillərdən biridir. Madrid klubunda Dani Karvaxalın yaş faktoru, həmçinin Dalotun həm sağ, həm də sol cinah müdafiəsində eyni səviyyədə oynaya bilməsi “kral klubu” üçün futbolçunu cəlbedici edir.
“Mançester Yunayted” rəhbərliyi hesab edir ki, 22 milyon funt sterlinq Dalotun transferi üçün kifayət qədər uyğun məbləğdir və bu təkliflər dəyərləndirilə bilər.
Qeyd olunur ki, Dioqu Dalotla yalnız “Real Madrid” deyil, eyni zamanda “Atletiko Madrid” və “Bayern Münhen” də yaxından maraqlanır.
Transferin taleyinin yay transfer pəncərəsində dəqiqləşəcəyi gözlənilir.
📌 : TEAMtalk
© Copyright 2025, All Rights Reserved