“Man Yunayted”ə əsas baş məşqçi namizəd odur
“Mançester Yunayted” Ruben Amorimin istefasından sonra yeni baş məşqçi axtarışlarına başlayarkən, “Kristal Pelas”ın çalışdırıcısı Oliver Qlasneri namizədlər siyahısına daxil edib.
90plus.az xəbər verir ki, klub rəhbərliyinin avstriyalı mütəxəssisin “Selhurst Park”dakı işini, xüsusilə taktiki aydınlığını və futbolçularla münasibətlərini yüksək qiymətləndirdiyi bildirilir. Həmçinin qeyd olunur ki, Qlasnerin mövcud müqaviləsi yayda başa çatacaq.
Onun üçlü müdafiə sisteminə üstünlük verməsi “Mançester Yunayted” üçün problem kimi görülmür. Klub çevik futbolçulara və məşqçilərə maraq göstərir.
Hazırda rəsmi təklif olmasa da, mümkün varislərlə bağlı daxili müzakirələrin sürətləndiyi vurğulanır.
© Copyright 2026, All Rights Reserved