“Man Yunayted” əsas qapıçısını hələ tapmayıb

“Mançester Yunayted” gələn il yüksək səviyyəli qapıçı transferini prioritet olaraq görür, baxmayaraq ki, yayda Senne Lammensin transferi baş tutub. Bu barədə Samuel Larkhurst məlumat verib.
90plus.az xəbər verir ki, baş məşqçi Ruben Amorim keçən həftə açıqlayıb ki, Lammensin 18,2 milyon funt sterlinqə son gün transfer olunmasından sonra klubun hazırda əsas bir nömrəsi yoxdur. Altay Bayındır bütün Premyer Liqa oyunlarında start heyətində olsa da, ardıcıl çıxışda çətinlik çəkir və son oyunlarda, xüsusilə “Arsenal” və “Börnli” qarşısında səhvlər edib.
Keçmiş mövsümlərdə səhvlərə meylli olan Andre Onana hazırda "Trabzonspor"da mövsümlük icarə əsasında çıxış edir və Old Trafford-da əsas qapıçı mövqeyini bərpa etməsi çox az ehtimal olunur. Üçüncü seçim qapıçı 39 yaşlı Tom Hitondur ki, 2021-ci ildən klubda yalnız üç oyun keçirib və mövsümün sonunda karyerasını bitirə bilər.
Məlumata görə, “Mançester Yunayted” gələn yay üçün variantları araşdırır. Bu sırada "Milan"dan Mayk Menyan (müqaviləsi gələn il bitir) və yay transfer pəncərəsində "Aston Villa"dan Emiliano Martineslə əlaqələr olub. 33 yaşlı Martinez “Yunayted”də oynamaq istəyini bildirsə də, Villa icarə sorğusunu rədd edib.
© Copyright 2025, All Rights Reserved