“Man Yunayted” vunderkind alıb
“Lill" Real Madrid”in də maraqlandığı 18 yaşlı müdafiəçi Leni Yoro üçün “Mançester Yunayted"in 62 milyon avroluq - (50+12 milyon bonus) təklifini qəbul edib.
90plus.az xəbər verir ki, Yoro tibbi müayinədən keçmək və “Mançester Yunayted”ə transferini yekunlaşdırmaq üçün İngiltərəyə uçur.
Fransalı vunderkidlə 2029-un iyununa kimi müqavilə imzalanacaq.
Leni Yoro üçün “Real Madrid”in “Lill”ə son təklifi 20 milyon avro olmuşdu və müqavilədə 10 milyon avroluq bonuslar da yer alırdı.
Lakin “Man Yunayted” rəhbərliyinin daha yüksək təklifi “Lill” rəhbərliyi üçün daha cəlbedici oldu.
Mənbə: David Ornstein və Fabrizio Romano
© Copyright 2026, All Rights Reserved