“Man Yunayted”in Rafinyaya ağılasığmaz təklifi və Rafinya Partidə!

Rafinya Braziliyada möhtəşəm partidə – “Mançester Yunayted”in təklifini düşünməmişdən öncə uğurlu mövsümün dadını çıxarıb.
90plus.az xəbər verir ki, “Barselona”nın ulduz futbolçusu Rafinya istirahət üçün getdiyi Braziliyada özünəməxsus şəkildə əylənir. Cinah oyunçusu vətənində təşkil olunan şənlikdə çıxışı ilə diqqət çəkib.
Bu parti səbəbsiz olmayıb – Rafinya ötən mövsümdə “Barselona” ilə qazandığı uğurları qeyd etmək üçün yaxınları ilə bir araya gəlib. Tədbirdə ailə üzvləri ilə yanaşı, komanda yoldaşı və kapitan köməkçisi Ronald Arauxo da iştirak edib.
Cinah oyunçusu geridə qalan 2024/25 mövsümündə “Barselona”nın ən məhsuldar futbolçusu olub – 57 oyunda 59 qolda pay sahibi (34 qol, 25 assist). Onun bu performansı komandanın La Liqa, İspaniya Kuboku və Superkubokunu qazanmasında, eləcə də Çempionlar Liqasının yarımfinalına yüksəlməsində mühüm rol oynayıb.
Maraqlısı odur ki, Rafinya bu uğurları qeyd etdiyi vaxt “Mançester Yunayted”dən gələn böyük təkliflə də gündəmdədir. İngiltərə klubu onun üçün 100 milyon avronu aşan “dəli təklif” göndərib.
Ulduz futbolçu gələcəyi ilə bağlı qərar verməmişdən əvvəl, bu anların dadını çıxarır.
© Copyright 2025, All Rights Reserved