“Man Yunayted”in əsas hədəfi Yulmandır
“Mançester Yunayted” Morten Yulmanı transfer siyahısına əlavə edib.
90plus.az xəbər verir ki, “Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim qış transfer pəncərəsində yarımmüdafiə xəttini gücləndirmək niyyətindədir. İngiltərə mediasından "Team Talk”un məlumatına görə, “Sporting”in danimarkalı futbolçusu Morten Yulman klubun əsas transfer hədəflərindən biridir.
26 yaşlı yarımmüdafiəçi “Mançester Yunayted”in əsas prioritetinə çevrilib və klub rəhbərliyi onun transferini həyata keçirməkdə nikbindir.
“Qırmızı şeytanlar” bu keçid üçün təxminən 50 milyon funt-sterlinq ödəməyə hazırlaşır.
© Copyright 2025, All Rights Reserved