Mançester komandaları bu futbolçu üçün "SAVAŞIR"
“Mançester Yunayted” və “Mançester Siti” Antuan Semenyo uğrunda yarışır
90plus.az xəbər verir ki, “Mançester Yunayted” və “Mançester Siti” “Bornmut”un hücumçusu Antuan Semenyonun transferi üçün ciddi addımlar atır. Bildirilir ki, hər iki klub bu həftəsonu futbolçunun agentləri ilə birbaşa danışıqlar aparıb.
Danışıqlarda əsas diqqət mümkün transferin şərtlərinə və Semenyonun yanvar transfer pəncərəsi ərəfəsində mövqeyinə yönəlib. Bir neçə Premyer Liqa nəhəngi oyunçunu yaxından izləsə də, hazırda ən aktiv danışıqları aparan klublar “Mançester Yunayted” və “Mançester Siti”dir.
Məlumata görə, hər iki klub yalnız yanvarın 10-dək qüvvədə olacaq 65 milyon funt-sterlinqlik sərbəstqalma məbləğini aktivləşdirmə ehtimalını dəyərləndirir. “Liverpul” və “Tottenhem” də futbolçu ilə maraqlansa da, hələlik danışıqlarda eyni mərhələyə çata bilməyiblər.
Bu mövsüm “Bornmut” forması ilə Premyer Liqada 16 oyuna çıxan qanalı hücumçu 11 qol ötürməsi və qolla yadda qalıb. Hücum xəttinin bir neçə mövqeyində oynaya bilən Semenyo Premyer Liqadakı ümumi karyerası ərzində “albalıların” heyətində 97 oyunda 28 qol və 12 assistə imza atıb.
Antuan Semenyonun stabil çıxışı onu turnir cədvəlinin ilk altılığında yer alan klublar üçün yüksək potensiallı transfer hədəfinə çevirib.
© Copyright 2026, All Rights Reserved