"Mançester Siti" qışda heyətini gücləndirmək niyyətindədir.
90plus.az xəbər verir ki, zədəli futbolçularının sayı çox olan "şəhərlilər" yüksək hədəflər uğrunda mübarizəni davam etdirmək üçün "Bayer Leverkuzen"dən Florian Virtsi və "Bayern Münhen"dən Camal Musialanı almağı hədəfləyiblər.
21 yaşlı Virts "Bayer" forması ilə bütün tunirlərdə 167 matça çıxaraq 48 qol və 51 məhsuldar ötürmə müəllifi olub. Florianla eyni yaşda olan Musiala isə Münhen komandasında 175 görüşdə kömək edib. Bu qarşılaşmalarda 50 qola imza atan Camal 35 dəfə komanda yoldaşlarına assistentlik edib.
© Copyright 2024, All Rights Reserved