"Mançester Siti" müdafiəçisi ilə sağollaşır
"Mançester Siti"nin müdafiəçisi Con Stounz yayda klubunu dəyişə bilər.
90plus.az xəbər verir ki, “talkSPORT” nəşrinin məlumatına görə, 31 yaşlı futbolçu “şəhərlilər”lə yeni müqavilə imzalamağı düşünmür və mövsümün sonunda komandadan ayrılmağa hazırlaşır.
Bildirilir ki, ingiltərəli müdafiəçi ilə sabiq klubu "Everton" maraqlanır. Mersisayd təmsilçisi vəziyyəti diqqətdə saxlayır və onu yenidən "Qudison Park"a qaytarmaq variantını dəyərləndirir. Bununla yanaşı, "Bavariya"nın da təcrübəli futbolçunun transferində maraqlı olduğu qeyd olunur.
Qeyd: Təxminən 10 ildir "Mançester Siti"nin formasını geyinən Con Stounz bu müddət ərzində klubla 6 dəfə İngiltərə Premyer Liqasının, həmçinin Çempionlar Liqasının və digər turnirlərin qalibi olub.
© Copyright 2026, All Rights Reserved