"Mançester Siti" norveçlini satır
Oskar Bobbun “Fulhem”ə transferi yekun mərhələyə yaxınlaşır
90plus.az xəbər verir ki, norveçli vinger Oskar Bobbun “Mançester Siti”dən “Fulhem”ə keçidi ilə bağlı danışıqlar yekun mərhələyə doğru irəliləyir.
“Fulhem” ötən həftə 22 yaşlı futbolçu üçün ilkin təklif göndərib və hazırda həm oyunçu, həm də klublar səviyyəsində danışıqlar davam edir. “Mançester Siti” Bobbun transfer dəyərini 35 milyon funt sterlinq olaraq müəyyən edib və tərəflər razılaşmanın maliyyə strukturu üzərində müzakirələr aparır.
Məlumata görə, transferin daimi əsaslarla baş tutması gözlənilir və icarə variantı nəzərdən keçirilmir.
Bu mövsüm “Etihad”da oyun şansı məhdud olan Oskar Bobb bütün turnirlər üzrə cəmi 15 oyunda meydana çıxıb. Gənc futbolçu 739 dəqiqə forma geyinib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved