"Mançester Siti" qapıçısını bu İngiltərə klubuna satdı
“Mançester Siti”nin qapıçısı Stefan Orteqa “Nottingem Forest”ə transfer olunub.
90plus.az xəbər verir ki, alman qolkiper üçün “şəhərlilər” 500 min funt-sterlinq qarşılığında razılığa gəlib.
Orteqa “Mançester Siti”yə 2022-ci ilin yayında qoşulub, lakin bu mövsüm hələ heç bir oyunda iştirak etməyib.
Onun klubla olan mövcud müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.
© Copyright 2026, All Rights Reserved