“Mançester Siti” Rodri ilə yeni müqavilə imzalamağa hazırlaşır
“Mançester Siti” rəhbərliyi yarımmüdafiəçi Rodri Hernandeslə yeni müqavilə imzalamağı planlaşdırır.
90plus.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubu artıq ispaniyalı futbolçu ilə danışıqlara başlayıb. Məlumata görə, tərəflərin ilin sonunadək razılığa gəlməsi gözlənilir.
29 yaşlı futbolçu 2019-cu ildən etibarən “şəhərlilər”in heyətində çıxış edir. O, cari mövsümdə komandanın tərkibində 7 matça çıxıb.
Qeyd: Rodri 2024-cü ildə “Qızıl top” mükafatına layiq görülüb.
© Copyright 2025, All Rights Reserved