“Mançester Siti”: Virts olmasın, Şerki və Gibs-Uayt olsun!

"Mançester Siti" Rayan Şerki və Morqan Gibs-Uayt ilə maraqlanır.
90plus.az xəbər verir ki, "Mançester Siti" yay transfer pəncərəsində yaradıcılıq qabiliyyətli "10 nömrə" mövqeyini gücləndirmək məqsədilə bu iki futbolçunu izləyir.
Florian Virtsin transferinin baş tutmaması səbəbindən, "Siti" bu iki oyunçunu prioritet hədəf kimi müəyyənləşdirib.
Rayan Şerki (Lion)
Lion klubunun 21 yaşlı hücumameylli yarımmüdafiəçisi Rayan Şerki bu mövsüm 34 oyunda 8 qol və 18 assistlə yadda qalıb. Fransa U-21 millisində də parlaq çıxış edən Şerki, "Mançester Siti"nin diqqətini cəlb edib. Klub, Şerkinin texniki bacarıqları və yaradıcılığı ilə orta sahədəki boşluğu doldura biləcəyini düşünür.
Morqan Gibs-Uayt (Nottingem Forest)
25 yaşlı İngiltərəli yarımmüdafiəçi Morqan Gibs-Uayt "Nottingem Forest"dəki çıxışı ilə bir sıra Premyer Liqa klublarının maraq dairəsinə düşüb. Bu mövsüm 24 oyunda 5 qol və 6 assistlə oynayan Gibs-Uayt "Mançester Siti"nin transfer siyahısında yer alır. "Nottingem Forest" oyunçunu saxlamaq istəsə də, təxminən 60 milyon avro təkliflə ayrılığa razı ola bilər.
Qeyd: "Mançester Siti" bu transferləri iyunun 12-də başlayacaq Klublararası Dünya Kubokundan əvvəl tamamlamayı planlaşdırır. Klub rəhbərliyi yeni mövsümə güclü heyətlə başlamaq üçün transfer işlərini sürətləndirir.
© Copyright 2025, All Rights Reserved