“Mançester Siti” yeni müdafiəçi aldı

“Mançester Siti” sol cinah müdafiəsini gücləndirib. Klub, 24 yaşlı müdafiəçi Rayan Ait-Nuri ilə 5 illik müqavilə imzaladığını açıqlayıb.
90plus.az xəbər verir ki, transfer çərçivəsində “Mançester Siti” bu futbolçu üçün “Vulverhempton” klubuna 43 milyon avro təzminat ödəyib. 24 yaşlı əlcəzair əsilli fransalı futbolçunun gəlməsi ilə “Siti”nin müdafiə xəttində rəqabətin artacağı gözlənilir.
Qeyd: Ait-Nuri son illərdə Premyer Liqada göstərdiyi performansla bir sıra nəhəng klubların diqqətini cəlb etmişdi.
© Copyright 2025, All Rights Reserved