"Mançester Siti" yeni transferini açıqladı
Mark Qehi "Mançester Siti"yə transfer oldu.
90plus.az xəbər verir ki, İngiltərənin "Mançester Siti" klubu "Mançester Yunayted", "Real Madrid", "Liverpul" və "Bayern Münhen" kimi böyük klubların transfer etmək istədiyi Mark Qehini 20 milyon avro qarşılığında heyətinə qatdı.
"Kristal Palas"da keçirdiyi dönəm başa çatan Mark Qehi sözləşməsinin bitməsinə 6 ay qalmış "Mançester Siti" ilə rəsmi müqavilə imzaladı.
"Palas"dakı çıxışları sayəsində İngiltərə millisinin əsas heyətinə qədər yüksələn Qehini "Mançester Yunayted", "Liverpul", "Bayern Münhen" və "Real Madrid" klubları da heyətinə qatmaq istəmişdi. Lakin 25 yaşlı müdafiəçi "Siti"ni seçdi.
"Mançester Siti" Qehi üçün "Kristal Palas"a 20 milyon avro ödəyəcək.
© Copyright 2026, All Rights Reserved