"Mançester Siti" yetirməsini İngiltərəyə qaytarır
"Borussiya Dortmund"un futbolçusu Feliks Nmeça karyerasını yenidən İngiltərədə davam etdirməyə hazırlaşır.
90plus.az xəbər verir ki, yarımmüdafiəçi yetişdiyi Mançester Sitiyə qayıda bilər.
“Şəhərlilər” yay transfer pəncərəsində onun transferini reallaşdırmağı planlaşdırır. Futbolçunun “Borussiya” ilə müqaviləsi 30 iyun 2028-ci il tarixinə qədər qüvvədədir.
Nmeça məhz “Mançester Siti” akademiyasının yetirməsidir və 2021-ci ildə bu komandadan Volfsburqa transfer olunmuşdu.
© Copyright 2026, All Rights Reserved