"Mançester Siti"də De Bröyneni o əvəz edəcək

"Mançester Siti" komandadan ayrılması gözlənilən Kevin de Brüynenin yerini dolduracaq futbolçu tapıb.
90plus.az xəbər verir ki, "Şəhərlilər" "Leypsiq"də çıxış edən yarımmüdafiəçi Xavi Simonsu transfer etmək niyyətindədir. İngiltərə təmsilçisinin baş məşqçisi Xosep Qvardiola 21 yaşlı futbolçunu De Brüynenin ideal əvəzləyicisi hesab edir. Simonsun Bundesliqadakı performansı, texniki bacarığı və oyun görüş qabiliyyəti mütəxəssisin diqqətini çəkib.
"Leypsiq" gənc yarımmüdafiəçinin transferi üçün 100 milyon avro tələb edə bilər.
Qeyd: Xavi Simons cari mövsümdə klub səviyyəsində 18 matçda iştirak edib, 5 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırlatma: Daha öncə Kevin de Brüynenin "Mançester Siti"ni tərk edərək Səudiyyə Ərəbistanı klublarından birinə transfer oluna biləcəyi ilə bağlı xəbərlər yayılmışdı.
© Copyright 2025, All Rights Reserved