"Mançester Siti"nin futbolçusu "Real"la oyunu buraxa bilər
“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri Çempionlar Liqasının növbəti oyununda iştirak etməyə bilər.
90plus.az xəbər verir ki, ispaniyalı futbolçunun zədəsi səbəbindən turnirin 6-cı turunda “Real”a qarşı keçiriləcək görüşü buraxmaq ehtimalı var. Baş məşqçi Xosep Qvardiola həmçinin Rodrinin sabah Premyer Liqada “Sanderlend”lə oynanılacaq matçda da meydana çıxmayacağını təsdiqləyib.
Qeyd olunur ki, futbolçu bu mövsüm bütün yarışlarda cəmi 8 oyunda şans qazanıb və hələlik məhsuldar göstərici qeydə almayıb.
Xatırlatma: “Mançester Siti” – “Real” görüşü 10 dekabrda keçiriləcək.
© Copyright 2025, All Rights Reserved