"Mançester Siti"nin sabiq futbolçusu klubsuz qaldı
Fernandinyo artıq "Atletiko Paranaense" komandasında çıxış etmir.
90plus.az xəbər verir ki, Braziliya klubu 39 yaşlı futbolçu ilə yollarını ayırdığını elan edib.
Onun klubla olan müqaviləsinin müddəti başa çatıb və tərəflər yeni razılaşma əldə etməyiblər. Beləliklə, yarımmüdafiəçi sərbəst agent statusunu qazanıb. Hazırda onun karyerasının necə davam edəcəyi məlum deyil.
"Mançester Siti"nin keçmiş oyunçusu Braziliya liqasının son mövsümündə 25 oyunda iştirak edib, 2 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved