"Mançester Yunayted" 100 minlik stadion tikdirir

"Mançester Yunayted" klubunun "Old Trafford"un əvəzinə yeni stadion inşa edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibəti açıqlanıb.
90plus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti rəsmi açıqlama verib.
"Qırmızı şeytanlar" 100 min tamaşaçı tutumuna malik yeni arena inşa edəcəklərini təsdiqləyiblər.
Qeyd: Old Trafford 1910-cu ildən bəri "Mançester Yunayted"in ev stadionu hesab olunur.
Bundan əvvəl bildirilmişdi ki, yeni stadionun tikinti prosesi 6 ilə qədər davam edə bilər. Layihənin ilkin dəyəri 2,4 milyard avro olaraq qiymətləndirilir. Həmçinin yeni arenanın Old Trafford-a yaxın bir ərazidə inşa edilməsi planlaşdırılır, çünki klubun həmin ərazidə geniş torpaq sahəsi mövcuddur. Bu isə o deməkdir ki, tikinti işləri aparılarkən "Mançester Yunayted" oyunlarını mövcud stadionda keçirməyə davam edəcək.
© Copyright 2025, All Rights Reserved