"Mançester Yunayted" - "Çelsi": 2-1-lik nəfəskəsən matç

Premyer Liqanın 5-ci turunda "Mançester Yunayted" evdə "Çelsi"ni qəbul etdi.
90plus.az xəbər verir ki, Old Trafford stadionunda baş tutan möhtəşəm oyunda meydan sahibləri "Mançester Yunayted" 2-1 hesabı ilə qalib gəldi.
Qollara gəldikdə, "Mançester Yunayted" ilk qolunu 14-cü dəqiqədə Bruno Fernandeslə, ikinci qolunu isə 37-ci dəqiqədə Kasemiro ilə qeydə aldı. "Çelsi"nin yeganə qolunu isə 80-ci dəqiqədə Çalobah vurdu.
"Çelsi"nin futbolçusu Robert Sançez 5-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovuldu. "Mançester Yunayted"dən Kasemiro isə əlavə vaxtın 5-ci dəqiqəsində qırmızı kartla cəzalandırıldı.
Bu nəticədən sonra "Mançester Yunayted" 7 xala yüksələrək sıralamada irəlilədi. "Çelsi" isə 8 xal ilə yerində qaldı.
Matçda vurulan qolların videoları:
https://t.me/doxsanplus/107966
https://t.me/doxsanplus/107973
https://t.me/doxsanplus/107962
© Copyright 2025, All Rights Reserved