"Mançester Yunayted" – "Çelsi": Bruno Fernandeş 100-cü qolunu vurdu

Premyer Liqanın 5-ci turunda "Mançester Yunayted" öz meydanında "Çelsi"ni 2-1 hesabı ilə məğlub etdi.
90plus.az xəbər verir ki, matçda komandanın yarımmüdafiəçisi Bruno Fernandeş ilk qolu vuraraq klub üçün 100-cü qolunu qeyd etdi.
O, matçdan sonra Sky Sports-a verdiyi açıqlamada bu mühüm anın onun üçün nə qədər önəmli olduğunu bölüşdü:
"Qolun vurulduğu an fərq etməz, hər qol önəmlidir. Mənim üçün belə böyük klubda bu mərhələyə çatmaq çox vacib anıdır və bunu gizlətməyəcəyəm.
"Əgər daha çox qol vurub komandama kömək edə bilsəm, bu ən önəmli şeydir."
© Copyright 2025, All Rights Reserved