“Mançester Yunayted” Cob Bellingemi istəyir
“Mançester Yunayted” Cob Bellingemi icarəyə götürmək istəyir, amma futbolçu razı deyil.
90plus.az xəbər verir ki, “Mançester Yunayted” “Borussiya Dortmund”un gənc yarımmüdafiəçisi Cob Bellingemi icarəyə götürmək variantını nəzərdən keçirir.
Lakin 20 yaşlı futbolçu bu keçidə maraq göstərmir. Bellingem “Yunayted”in təklifini rədd etməyə hazırdır, çünki komanda hazırda Çempionlar Liqasında çıxış etmir. O, Dortmunddan ayrılsa belə, yalnız ən yüksək səviyyədə – Avropa arenasında oynamaq imkanı olan klubda forma geyinmək istəyir (“Express”).
Bellingem yayda “Sanderlend”dən “Borussiya Dortmund”a transfer olunmuşdu, amma Almaniya klubundakı ilk mövsümündə adaptasiya problemi yaşayır. O, Bundesliqada cəmi iki dəfə start heyətində yer alıb və ötən tur “Köln”ə qarşı matçı ehtiyat oyunçular skamyasından izləyib.
Buna baxmayaraq, Cob Bellingem “Borussiya Dortmund”dan ayrılmağa tələsmir və özünü komandada sübut etmək niyyətindədir.
© Copyright 2025, All Rights Reserved