"Mançester Yunayted" Fransadan hücumçu alır
“Mançester Yunayted” və Mali millisinin hücumçusu, həmçinin “Oser” klubunun oyunçusu Lassina Sinayoko hazırda komandası ilə danışıqlar aparır.
90plus.az xəbər verir ki, məlumat “Africafoot”dan götürülüb və danışıqlar müsbət istiqamətdə davam edir. “Qırmızı şeytanlar” yayda “Oser”lə müqaviləsi başa çatacaq 26 yaşlı hücumçu üçün qış “transfer pəncərəsi” zamanı razılığa gəlməyə ümid edirlər. Hal-hazırda Sinayoko ilə illik 3 milyon avro məvacib mövzusunda müzakirələr aparılır.
Bu mövsüm Sinayoko Fransa Liqa 1-də 16 oyunda iştirak edib, 6 qol vurub və 2 məhsuldar ötürmə edib. “Transfermarkt” məlumatına görə, onun bazar qiyməti 7 milyon avrodur.
“Oser”in yetirməsi olan Lassina 2019-cu ildən bəri əsas komandada çıxış edir.
© Copyright 2026, All Rights Reserved