"Mançester Yunayted" gənc futbolçu satır! Qiyməti

"Mançester Yunayted"in yarımmüdafiəçisi Kobbi Maynu komandadan ayrıla bilər.
90plus.az xəbər verir ki, Premyer Liqa təmsilçisi gəlir əldə etmək məqsədilə 19 yaşlı futbolçunu transfer etməyi nəzərdən keçirir.
"Mançester Yunayted" Meynunun transfer qiymətini 80 milyon funt-sterlinq olaraq müəyyən edib. İngiltərəli yarımmüdafiəçi ilə "Çelsi" və "Bayern Münhen" klubları ciddi maraqlanır (Mənbə:Fichajes).
Gənc oyunçunun yay transfer pəncərəsində komandanı tərk edə biləcəyi ehtimal edilir.
Qeyd: Kobbi Maynu "Mançester Yunayted"in akademiyasının yetirməsidir. İngiltərə millisinin üzvü olan futbolçu bu mövsüm "qırmızı şeytanlar"ın heyətində keçirdiyi 25 rəsmi oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2025, All Rights Reserved