"Mançester Yunayted" "İnter"in futbolçusuna "göz qoydu"

"İnter"in müdafiəçisi Federiko Dimarko İngiltərə Premyer Liqasında çıxışını davam etdirə bilər.
90plus.az xəbər verir ki, "Mançester Yunayted" italiyalı oyunçunu heyətinə qatmaqda maraqlıdır. Bu barədə İtaliya mətbuatı xəbər verib.
"Qırmızı şeytanlar"ın baş məşqçisi Ruben Amorim rəhbərliyə Dimarkonun transferinin həyata keçirilməsini təklif edib. "Mançester Yunayted" yanvar ayı üçün 27 yaşlı sol cinah müdafiəçisi ilə bağlı A Seriyası klubuna rəsmi təklif göndərməyi planlaşdırır.
Qeyd: Federiko Dimarko "İnter"in yetişdirdiyi futbolçudur. İtaliya milli komandası üzvü olan Dimarko bu mövsüm Milan təmsilçisinin heyətində 12 rəsmi oyuna çıxaraq 2 qol vurub və 3 məhsuldar ötürmə edib.
© Copyright 2025, All Rights Reserved