"Mançester Yunayted" kapitanına yeni müqavilə təklif etdi
Harri Maquayr “Mançester Yunayted”də qalmağa yaxındır.
90plus.az xəbər verir ki, Harri Maquayrın “Mançester Yunayted” ilə yeni müqavilə imzalaması getdikcə daha real görünür. Müdafiəçinin hazırkı həftəlik 180 min funt sterlinqlik müqaviləsi iyun ayında başa çatır və yeni razılaşma onun “Old Trafford”dakı müddətini uzada bilər.
Daily Mail nəşrinin məlumatına görə, vəziyyət “Mançester Yunayted”in digər futbolçusu Kasemirodan fərqlidir. Braziliyalı yarımmüdafiəçi mövsümün sonunda azad agent kimi klubdan ayrılacağını təsdiqləyib. Maquayr isə yeni baş məşqçi Maykl Kerrik dövründə yenidən əsas heyətin vacib üzvünə çevrilib.
32 yaşlı müdafiəçi karyerasının son mərhələsinə qədəm qoyur və yayda klubdan ayrılacağı gözlənilirdi. Lakin son həftələrdəki uğurlu çıxışları rəhbərliyin fikrini dəyişib.
“Mançester Yunayted” rəhbərliyi artıq Maquayra yeni müqavilə təklif etməyə hazırlaşır. Klub tərəflərin maaş və müqavilənin müddəti ilə bağlı razılığa gələrək futbolçunu komandada saxlamağı planlaşdırır.
© Copyright 2026, All Rights Reserved