"Mançester Yunayted" Kazemironu yerlisi ilə əvəz edir
"Mançester Yunayted" mövsümün sonunda komandadan ayrılacağını açıqlayan Kazemiroya əvəz tapıb.
90plus.az xəbər verir ki, "qırmızı şeytanlar" "Nyukasl"ın formasını geyinən Bruno Guimaraeşi transfer etmək niyyətindədir. Məlumatı AS nəşri paylaşıb.
Bildirilir ki, "Mançester Yunayted" yay transfer dönəmində Braziliya millisinin üzvünü heyətinə qatmaq üçün cəhd göstərəcək.
"Nyukasl" futbolçunu 2022-ci ilin yanvarında "Lion"dan 41 milyon avro qarşılığında transfer edib. 28 yaşlı yarımmüdafiəçi bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində 35 rəsmi qarşılaşmada iştirak edib, 9 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved