"Mançester Yunayted" Maquayrı onunla əvəz edir

"Mançester Yunayted" 32 yaşlı mərkəz müdafiəçisi Harri Maquayrı transfer etməyi planlaşdırır.
90plus.az xəbər verir ki, "qırmızı şeytanlar" artıq onun əvəzinə yeni oyunçu müəyyənləşdiriblər.
Bu futbolçu "Everton"un 22 yaşlı müdafiəçisi Cerred Brentueyt olub. Liverpul klubunun üzvü MY-yə 96 milyon avroya başa gələ bilər.
Xatırlatma: Maquayr 2019-cu ildən Mançester təmsilçisinin heyətində çıxış edir. Onun klubla müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.
© Copyright 2025, All Rights Reserved