"Mançester Yunayted" Maquayra şərt qoydu
“Mançester Yunayted” müdafiəçi Harri Maquayrla müqavilənin uzadılması üçün danışıqlar aparır.
90plus.az bildirir ki, lakin danışıqlar zamanı çətinliklər yaranıb. Bu barədə “The Telegraph” məlumat verib.
Məlumata əsasən, 31 yaşlı ingilis futbolçunun hazırkı müqaviləsinin bitməsinə cəmi 6 ay qaldığı üçün digər klublarla razılıq əldə edə bilər.
“Qırmızı şeytanlar” isə müqavilənin daha bir il uzadılmasını təklif edir. Lakin futbolçunun həftəlik 190 min funt-sterlinq qazancı danışıqlarda əsas maneə kimi çıxış edir.
Klub Harri Maquayrı saxlamaq niyyətindədir və onunla daha az maaşla yeni müqavilə imzalamaq istəyir.
Harri Maquayr 2019-cu ilin yayında “Mançester Yunayted”ə qoşulub. “Mankunianlar” onun transferi üçün “Lester”ə 87 milyon avro ödəyərək onu futbol tarixinin ən bahalı müdafiəçisi edib.
© Copyright 2026, All Rights Reserved