"Mançester Yunayted" onu komandada saxlayır
“Mançester Yunayted” mövsüm sonunda müqaviləsi başa çatacaq Kazemironu komandada saxlamaq niyyətindədir.
90plus.az xəbər verir ki, “qırmızı şeytanlar” braziliyalı yarımmüdafiəçi ilə danışıqlara başlamağı planlaşdırır. Bu barədə “Football Insider” məlumat yayıb.
Klub 33 yaşlı futbolçudan həftəlik 375 min funt-sterlinq olan maaşının azaldılmasını istəyir. Təcrübəli oyunçu razılıq versə, onunla yeni müqavilə imzalanacaq.
Qeyd: “Mançester Yunayted” Kazemironu 2022-ci ilin yayında “Real”dan 70 milyon avroya transfer edib. Braziliya millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində oynadığı 8 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.
© Copyright 2025, All Rights Reserved