"Mançester Yunayted" onunla müqaviləni uzadacaq
Kasemiro növbəti mövsümdə də "Mançester Yunayted"in heyətində çıxış edə bilər. Braziliyalı yarımmüdafiəçinin müqaviləsi gələn yay başa çatır.
90plus.az xəbər verir ki, "Manchester Evening News"un yaydığı məlumata əsasən, futbolçu yalnız maaşında ciddi endirimə razı olacağı təqdirdə yeni müqavilə imzalanacaq. Hazırda Kasemiro həftəlik təxminən 300 min funt qazanır və klubun ən yüksək maaşlı oyunçularından biri sayılır.
"Mançester Yunayted"in müqaviləni bir mövsümə artırmaq hüququ mövcuddur. Lakin klub bu məsələni yenidən qiymətləndirərək maliyyə şərtlərinin dəyişdirilməsini planlaşdırır.
© Copyright 2026, All Rights Reserved