“Mançester Yunayted” özünə gəlib, 3 ardıcıl qələbə!
“Mançester Yunayted” Premyer Liqada ardıcıl üçüncü qələbəsini qazanaraq turnir cədvəlində dördüncü pilləyə yüksəlib.
90plus.az xəbər verir ki, “Old Trafford”da baş tutan oyunda “Brayton” üzərində 4:2 hesablı qələbə “qırmızı şeytanlar” üçün dönüş nöqtəsi oldu.
Ruben Amorimin yetirmələri matçın böyük hissəsində üstün oynayıb. Mateus Kunya 16 oyunluq qolsuz seriyasına son qoyaraq yeni komandasında ilk qolunu vurub. Bundan sonra Kazemironun zərbəsi rəqib müdafiəçiyə dəyərək qapıdan keçib və hesab 2:0 olub.
Bryan Mbeumo isə parlaq çıxışı ilə diqqət çəkib – kamerunlu hücumçu həm 61-ci dəqiqədə, həm də oyunun son saniyələrində fərqlənərək dubla imza atıb.
“Brayton” son dəqiqələrdə dirəniş göstərsə də, bu nəticəni dəyişə bilməyib.
Man Yunayted 4 - 2 Brayton
M. Cunha 24'
Casemiro 34'
Bryan Mbeumo 61', 90+7’
D. Welbeck 74'
C. Kostoulas 90+2'
Qollar:
https://t.me/doxsanplus/109658
https://t.me/doxsanplus/109662
https://t.me/doxsanplus/109667
https://t.me/doxsanplus/109669
https://t.me/doxsanplus/109671
https://t.me/doxsanplus/109672
Bu qələbə ilə “Mançester Yunayted” ardıcıl üç oyun qazandığı ilk dəfə fevral 2024-dən bəri belə seriyaya imza atıb. Komandada həm ruh yüksəkliyi, həm də oyun keyfiyyəti artdığı görünür.
© Copyright 2025, All Rights Reserved