"Mançester Yunayted" PSJ-nin ulduzuna maraq saldı
PSJ-nin vingeri Xviça Kvaratsxeliya “Mançester Yunayted”in maraq dairəsində qalmaqda davam edir.
90plus.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” heyətdə genişmiqyaslı yenidənqurma aparmağı planlaşdırır və bu məqsədlə transferlər üçün böyük büdcə ayırmağa hazırdır. Klub rəhbərliyi üçün Kvaratsxeliyanın keçidi əsas prioritetlərdən biri sayılır.
Məlumata görə, “Mançester Yunayted” yaxın günlərdə gürcü futbolçunun nümayəndələri ilə əlaqə saxlayaraq mümkün transferi müzakirə edəcək.
Qeyd: Kvaratsxeliyanın Paris klubu ilə müqaviləsi 2029-cu ilə qədər qüvvədədir. Daha əvvəl onunla “Arsenal”ın da maraqlandığı bildirilmişdi.
© Copyright 2026, All Rights Reserved