"Mançester Yunayted" "qızıl gül" derbisində xal itirdi
İngiltərə Premyer Liqasının 20-ci turunda “Mançester Yunayted” səfərdə “Lids Yunayted”lə heç-heçə edib. “Elland Roud” stadionunda keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
90plus.az xəbər verir ki, oyunda hesab 62-ci dəqiqədə meydan sahiblərinin heyətində Brenden Aaronsonun vurduğu qolla açılıb. Buraxılan qoldan cəmi üç dəqiqə sonra “Mançester Yunayted” Mateus Kunyanın dəqiq zərbəsi ilə tarazlığı bərpa edib.
Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq hesab dəyişməyib və tərəflər bir xalla kifayətlənib:
Lids 1 - 1 Mançester Yunayted
B.Aaronson 62'
M.Kunya 65'
Bu nəticədən sonra “Mançester Yunayted” xal ehtiyatını 31-ə çatdırıb. “Lids Yunayted” isə 22 xalla turnir cədvəlində mövqeyini yaxşılaşdırıb.
Növbəti turda “Mançester Yunayted” səfərdə “Börnli” ilə qarşılaşacaq. “Lids Yunayted” isə doğma meydandan kənarda “Nyukasl Yunayted”in qonağı olacaq.
Matçda vurulan qollara bu linkə klik edərək keçid edə bilərsiniz
© Copyright 2026, All Rights Reserved