“Mançester Yunayted” rəhbərliyində De Dzerbi heyranlığı
Ruben Amorimlə yollarını ayıran “Mançester Yunayted” mövsümün qalan hissəsini Maykl Kerrikin rəhbərliyi altında başa vurmaq qərarına gəlib.
90plus.az xəbər verir ki, klub rəhbərliyi isə artıq mövsümün sonunda komandaya güclü və daimi baş məşqçi gətirmək üçün hərəkətə keçib.
İngiltərə mətbuatının yaydığı məlumatlara görə, “Mançester Yunayted” rəhbərliyinin ən çox bəyəndiyi namizəd italiyalı mütəxəssis Roberto De Dzerbidir. Keçmiş “Brayton” baş məşqçisi klub daxilində oyun fəlsəfəsi ilə böyük heyranlıq qazanıb.
De Dzerbinin adı təkcə alternativ variant kimi deyil, yay üçün ən güclü namizədlərdən biri kimi hallanır. “Brayton”dakı dövründə komandaya oynatdığı hücum futbolu ilə diqqət çəkən italiyalı mütəxəssisin Premyer Liqanı yaxından tanıması “Mançester Yunayted” rəhbərliyi üçün əsas üstünlük sayılır.
Ruben Amorimin gedişindən sonra komandanı mövsümün sonunadək Maykl Kerrikə tapşıran klubun əsas məqsədi isə “davamlı və güclü” bir sistem qurmaqdır. “Mançester Yunayted” rəhbərliyi yeni baş məşqçinin kim olacağını müəyyənləşdirmək üçün artıq ciddi işlərə başlayıb.
© Copyright 2026, All Rights Reserved