"Mançester Yunayted" sükanı arxasına Emerini gətirmək istəyir

Unai Emeri "Aston Villa"dan ayrılaraq "Mançester Yunayted"i çalışdıra bilər.
90plus.az xəbər verir ki, hazırda klublar arasında danışıqlar getdiyi iddia edilir.
Belə ki, “qırmızı şeytanlar” Ruben Amorimi postundan göndərmək istəyir. “Aston Villa” da mövsümün əvvəlindəki nəticələrindən narazıdır, ona görə də Birmingem klubu Emeri saxlamağı düşünmür.
Premyer Liqanın dörd turunda “Mançester Yunayted”in dörd , “Aston Villa”nın isə iki xalı var.
© Copyright 2025, All Rights Reserved