"Mançester Yunayted" televizor ustası axtarır

"Mançester Yunayted"in paltardəyişmə otağına yeni televizor lazımdır.
90plus.az xəbər verir ki, "Brayton" məğlubiyyətinə görə oyunçulara əsəbləşən Ruben Amorim paltardəyişmə otağındakı televizora güclü zərbə endirib.
Nəticədə televizor ciddi zərər səbəbindən sıradan çıxıb və təmirə ehtiyacı var.
Düzəltmək mümükün olmasa, Avropa Liqasında "Qlazqou Reyncerz" matçına qədər paltardəyişmə otağına yeni TV quraşdırılacaq.
Məhz həmin TV vasitəsilə "Mançester Yunayted"in baş məşqçisi futbolçulara görüntülü şəkildə oyunla bağlı taktiki izahlar verir.
© Copyright 2025, All Rights Reserved