İngiltərə nəhəngi “Mançester Yunayted” yay transfer dövrünün ilk keçidini rəsmiləşdirib. Klub rəsmi açıqlamasında braziliyalı hücumçu Mateus Kunyanı heyətinə qatdığını bildirib.
62.5 milyon funt sterlinq ödədilər
90plus.az xəbər verir ki, İngiltərə mətbuatının yaydığı məlumata görə, “Mançester Yunayted” bu transfer üçün “Vulverhempton” klubuna 62.5 milyon funt sterlinq məbləğində sərbəstqalma bədəlini ödəyib. 25 yaşlı hücumçu yeni komandasında həftəlik 200 min funt maaş alacaq.
17 qol, 6 assist
Mateus Kunya geridə qalan mövsümdə “Vulverhempton” forması ilə 34 oyuna çıxaraq 17 qol vurub və 6 məhsuldar ötürmə edib. O, daha əvvəl “Atletiko Madrid”, “Herta Berlin”, “Leypsiq”, “Sion” və “Koritiba” klublarında da çıxış edib.

Növbəti hədəflər: Liam Delap və Brayan Mbeumo
“Qırmızı şeytanlar”ın transfer planları bununla yekunlaşmır. Növbəti hədəflər kimi Liam Delap və Brayan Mbeumo-nun adı çəkilir. Klub Viktor Osimhen-in transferindən isə yüksək maliyyətə görə imtina edib.