"Mançester Yunayted"də problem bitmir - FA Kubokundan da oldular
FA Kubokunda maraqlı nəticə: “Brayton Houv Albion” “Mançester Yunayted”i kubokdan çıxardı.
90plus.az xəbər verir ki, İngiltərə Federasiya Kubokunda (FA Cup) “Brayton Houv Albion” səfərdə “Mançester Yunayted”i 2:1 hesabı ilə məğlub edərək 4-cü tura yüksəlib. Qonaq komandanın heyətində milli futbolçu Fərdi Kadıoğlu qarşılaşmada 90 dəqiqə meydanda olub.
“Old Trafford” stadionunda keçirilən oyunda hesab 12-ci dəqiqədə açılıb. “Brayton Houv Albion” Brajan Qrudanın qolu ilə 1:0 önə keçib.
İkinci hissəyə sürətli başlayan qonaqlar 65-ci dəqiqədə Denni Uelbekin dəqiq zərbəsi ilə fərqi iki topa çatdırıblar. “Mançester Yunayted” 85-ci dəqiqədə Benyamin Şeşkonun qolu ilə hesabı azaltsa da, bu qol nəticəni dəyişməyib.
Qarşılaşmanın qalan hissəsində başqa qol qeydə alınmayıb və oyunu 2:1 hesabı ilə qazanan “Brayton Houv Albion” FA Kubokunda növbəti mərhələyə adlayıb.
© Copyright 2026, All Rights Reserved