"Mançester Yunayted"də yarpaq tökümü: 3 nəfərlə yollar ayrılır

"Mançester Yunayted" bu qış 3 futbolçusu ilə vidalaşmaqda qərarlıdır.
90plus.az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, bunlar müdafiəçi Viktor Lindelöf, dayaq yarımmüdafiəçisi Kazemiro və pleymeyker Kristian Eriksendir. Mənbə "qırmızı şeytanlar"ın yalnız bu oyunçuları satandan sonra yeni transferlərlə bağlı hərəkətə keçəcəklərini vurğulayıb.
Xatırlatma: 19 oyuna 22 xal toplayan MY hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 14-cü pillədə qərarlaşıb.
© Copyright 2025, All Rights Reserved