“Mançester Yunayted”dən “Enfild”də tarixi qələbə

Mbeumodan rekord qolu – 62-ci saniyədə!
“Mançester Yunayted” oyuna sürətli başladı və artıq 2-ci dəqiqədə hesabı açdı. Bryan Mbeumonun vurduğu bu qol, “Liverpul” – “Mançester Yunayted” rəqabətində tarixin ən erkən qolu kimi Premyer Liqa tarixinə düşdü. Bu, eyni zamanda 2024/25 mövsümünün də ən erkən qolu oldu.
İlk hissə “Mançester Yunayted”in 1:0-lıq üstünlüyü ilə tamamlandı. İkinci yarıda təzyiqini artıran “Liverpul” 78-ci dəqiqədə Kodi Qakponun qolu ilə bərabərliyi təmin etsə də, cəmi 6 dəqiqə sonra Harri Maqvayr yenidən “qırmızı şeytanlar”ı önə keçirdi.
“Mançester Yunayted”dən səfərdə ilk qələbə
Yeni baş məşqçi Ruben Amorimin rəhbərliyi altında bu mövsüm səfərdə qələbə qazana bilməyən “Mançester Yunayted”, nəhayət bu uğursuz seriyanı “Enfild”də sona çatdırdı. Qonaq komanda əvvəlki səfər oyunlarında “Mançester Siti” və “Brentford”a məğlub olmuşdu.
“Liverpul”dan ardıcıl üçüncü liqa məğlubiyyəti
Mövsümə güclü başlayan Arne Slotun komandası son dövrlərdə ciddi eniş yaşayır. “Liverpul” son 4 rəsmi oyunun hamısında uduzub – Premyer Liqada “Kristal Pelas”, “Çelsi” və indi də “Mançester Yunayted”ə, Çempionlar Liqasında isə “Qalatasaray”a.
8 turdan sonra “Liverpul” 15 xalla turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. Qələbə sayəsində xallarını 13-ə yüksəldən “Mançester Yunayted” isə yuxarı sıralara doğru irəliləyiş etdi.
Matçda vurulan qolların videoları:
https://t.me/doxsanplus/109330
https://t.me/doxsanplus/109344
https://t.me/doxsanplus/109345