"Mançester Yunayted"in əfsanəsi oğluna görə işdən çıxdı
 
                             
                         
                             
                                “Mançester Yunayted” və İngiltərə yığmasının sabiq futbolçusu Pol Skoulz televiziyadakı işini tərk edib.
90plus.az xəbər verir ki, veteran oyunçu bunu 20 yaşlı autizmli oğlu Eydenə qayğı göstərmək üçün etdiyini açıqlayıb.
Skoulz bildirib ki, uşaqlıqdan autizm diaqnozu qoyulmuş oğlu ilə qeyri-şifahi ünsiyyət bacarıqlarını inkişaf etdirməli olub, çünki Eyden danışa bilmir.
“Onun çox ciddi gündəlik rejimi var və mən qərara gəldim ki, Eyden üçün əlimdən gələni edəcəyəm”, – deyə o əlavə edib.
Skoulz həmçinin vurğulayıb ki, boşansalar da, o və həyat yoldaşı növbə ilə oğullarına baxırlar.
 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    © Copyright 2025, All Rights Reserved